"Rabitəbank" ASC "Universal" əmanət məhsulunun şərtlərini dəyişərək, "Yaşıl Qazanc" kampaniyasını start verib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, kampaniyaya əsasən, universal (depozit) məhsulundan yararlanan müştərilər banka əmanət yerləşdirərək, əmanət müddətin sonunda illik 9%-dən əlavə 3%-dək bonus əldə edəcəklər.
Əlavə olaraq, faizlərin ödənilməsi üçün müştərilər plastik kartı tamamən ödənişsiz əldə edəcəklər və "Rabitəbank"dan əlverişli şərtlərlə kredit almaq imkanına sahib olacaqlar.
Qeyd edək ki, əmanət yerləşdirən müştərilərin adına, bank tərəfindən ekologiyanı qorumaq məqsədli ağac əkiləcək və onlara rəsmi sertifikat təqdim olunacaq.