Bakı Fond Birjası tərəfindən (BFB) Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla repo əqdləri üzrə faiz indekslərinin hesablanmasını tənzimləyən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” hazırlanıb və qanun bu gündən qüvvəyə minib.
Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Qaydalara əsasən, birja tərəfindən gündəlik əsasda banklar arasında bağlanan repo əqdləri üzrə 1 günlük, 1 həftəlik və 2 həftəlik indekslərin hesablanması və Bakı Fond Birjasının internet səhifəsində açıqlanması nəzərdə tutulur.