Bank Of Baku

Rusiya Bankı uçot dərəcəsini 9,5%-ə yüksəldib

Rusiya Bankı uçot dərəcəsini 9,5%-ə yüksəldib
# 11 fevral 2022 15:33 (UTC +04:00)

Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) İdarə Heyəti 2022-ci ilin ilk iclasında uçot dərəcəsini 100 baza bəndi (1 faiz bəndi) artıraraq 9,5%-ə çatdırıması haqda qərar qəbul edib.

"APA-Economics"in məlumatına görə, Rusiyanın maliyyə requlyatoru bildirib ki, ölkədə inflyasiya bankın oktyabr ayında verdiyi proqnozdan xeyli yüksəkdir. Bundan əlavə, tələbin genişlənməsi istehsal artımı imkanlarını üstələməkdə davam edir və məhdud azad işçi qüvvəsi ilə iqtisadi fəallığın sürətli artımı inflyasiya təzyiqləri artırır.

Qeyd edək ki, Rusiya Bankı faiz dəhlizini 9-11% səviyyəsində müəyyən edib və növbəti iclaslarda uçot dərəcəsinin daha da artırılmasının mümkünlüyünü vurğulayıb.

"Uçot dərəcəsi ilə bağlı qərarlar inflyasiyanın hədəfə nisbətən faktiki və gözlənilən dinamikası, iqtisadiyyatın proqnoz üfüqü üzrə inkişafı, habelə daxili və xarici şəraitdən yaranan risklərin qiymətləndirilməsi və və maliyyə bazarlarının onlara reaksiyası nəzərə alınmaqla qəbul ediləcək", - bankın məlumatında bildirilib.

Xatırladaq ki, Rusiya Bankı ötən il uçot dərəcəsinin artırılması ilə bağlı səkkiz dəfə qərar verib. 2021-ci ilin sonuncu qərarında faiz dərəcəsi 1 faiz bəndi yüksəldilərək 8,5%-ə çatdırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR