Bank Of Baku

Rusiya banklarının nağd valyuta satışına icazə verilib

Rusiya banklarının nağd valyuta satışına icazə verilib
# 18 aprel 2022 09:51 (UTC +04:00)

Rusiyanın Mərkəzi Bankı aprelin 18-dən ölkədəki banklara nağd xarici valyuta satmaq imkanını bərpa edib.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, banklar aprelin 9-dan etibarən maliyyə təşkilatlarının kassalarına daxil olan nağd valyutanı sentyabrın 9-dək vətəndaşlara sata biləcəklər.

Bundan əlavə, martın 9-dək xarici valyutada hesab və ya əmanət açmış və hesablarından nağd valyuta almaq üçün müəyyən edilmiş limiti hələ seçməmiş vətəndaşlara aprelin 11-dən dollardan başqa, avroda da vəsait almağa icazə verilib. Eyni zamanda, vətəndaşların hesablarından xarici valyutanın çıxarılmasının ümumi limiti 10 min ABŞ dolları səviyyəsində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR