Bank Of Baku

Rusiya ilə Qazaxıstanın ticarət dövriyyəsi rekorda yaxınlaşıb

Rusiya ilə Qazaxıstanın ticarət dövriyyəsi rekorda yaxınlaşıb
# 08 fevral 2022 12:04 (UTC +04:00)

2021-ci ildə Rusiya ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi rekord həddə – 24 mlrd. ABŞ dollarına yaxınlaşıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Qazaxıstan Respublikasındakı səfiri Aleksey Borodavkin "Nezavisimaya qazeta"ya müsahibəsində bildirib.

"Statistiklər hələ son sözünü deməyiblər, lakin ilkin məlumatlara görə, keçən il Rusiya-Qazaxıstan ticarət dövriyyəsi rekord həddə – 24 milyard dollara yaxınlaşıb", - səfir qeyd edib.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin Qazaxıstan iqtisadiyyatına toplanmış investisiyaları 43 mlrd. dolları ötüb (yerli bankların və şirkətlərin ofşor əməliyyatlarını nəzərə alan qeyri-rəsmi statistika).

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19 mlrd. dollar təşkil edib. Beləliklə, 2021-ci il üzrə bu rəqəm 26,3% arta bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR