Moskva birjasında dolların məzənnəsi 100 rubldan yuxarı qalxıb.
"APA-Economics"in məlumatına görə, dollar 100,34 rubl səviyyəsini test edib, hazırda 100,11 rubl təşkil edir.
Başqa sözlə, son bir gündə dollar rubl qarşısında 0,7%-dən çox bahalaşıb. Hazırda Rusiyada avro isə 107,5 rubla ticarət edilir.
Qeyd edək ki, bu, 2022-ci ilin yazından bəri ən böyük göstərici hesab edilir.