Bank Of Baku

Rusiyada mənzillərin kirayəsi ötən il 14% bahalaşıb

Moskva

© APA | Moskva

# 10 fevral 2022 17:22 (UTC +04:00)

2021-ci ildə Rusiyada mənzillərin kirayəsi orta hesabla 14% artaraq ayda 19,2 min rubl (258,2 ABŞ dolları) təşkil edib.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Avito Real Estate"in araşdırmasında deyilir.

"Ölkədə orta hesabla kirayə qiymətləri 14% artıb – bir obyektə görə 19 244 rubladək (258,8 dollar – red.). Rusiyanın iri şəhərləri arasında kirayə qiymətləri ən sürətlə Soçidə (1,5 dəfə), Kalininqradda (+33%) və Moskvada (+22%) artıb", - məlumatda deyilir.

Qeyd olunur ki, 2021-ci ildə Rusiyada uzun müddətə kirayə mənzillərə maraq 2020-ci illə müqayisədə 18% artıb. Ən bariz dinamika Sankt-Peterburq (+47%,) Yekaterinburq və Tümendə (hər iki şəhərdə +46%) olub.

Proqnozlara görə, Rusiyada ipoteka faizlərinin və mənzil qiymətlərinin davamlı artımı 2022-ci ildə icarəyə yüksək tələbi dəstəkləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR