Bank Of Baku

Rusiyaya qarşı sanksiyalar dolların dominantlığını azalda bilər - BVF

Rusiyaya qarşı sanksiyalar dolların dominantlığını azalda bilər - BVF
# 31 mart 2022 11:58 (UTC +04:00)

Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyaları ABŞ dollarının dominantlığını tədricən zəiflədə və beynəlxalq valyuta sisteminin daha da parçalanması ilə nəticələnə bilər.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktorunun birinci müavini Gita Qopinat "Financial Times"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, dollar Ukraynada davam edən müharibə və Rusiyaya qarşı tətbiq edilən ağır sanksiyalar fonunda əsas qlobal valyuta olaraq qalmaqda davam edəcək, lakin qlobal valyuta sisteminin kiçik səviyyədə parçalanması mümkündür. O, müharibənin rəqəmsal maliyyənin, o cümlədən kriptovalyutaların, "stablecoin"lərin və mərkəzi bankların rəqəmsal valyutalarının istifadəsinin genişlənməsinə təkan verəcəyini bildirib.

G. Qopinat qeyd edib ki, qlobal ticarətdə digər valyutaların daha çox istifadəsi mərkəzi bankların ehtiyat aktivlərinin diversifikasiyasına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR