Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə olması faktı iki ölkə arasında gərginliyin artması və Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi riskini artırır.
"APA-Economics"in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Moody's Investors Service" ("Moody's") kredit reytinqi agentliyi bildirir.
Agentliyə görə, bu, Rusiya ilə iqtisadi, maliyyə və enerji əlaqələri olan, eləcə də zəif likvidlik və xarici mövqeləri ilə seçilən MDB ölkələrinə müxtəlif kanallar vasitəsilə təsir göstərə bilər.
"Bununla belə, reytinqlər kontekstində təzyiq o zaman mümkündür ki, sərt sanksiyalar Rusiya iqtisadiyyatının əhəmiyyətli dərəcədə yavaşlamasına və ya enerji təchizatının ciddi şəkildə pozulmasına gətirib çıxarsın", - məlumatda deyilir.
"Moody's" qeyd edir ki, bu risklərə ən çox məruz qala biləcək ölkələr Belarus, Qırğızıstan, Tacikistan, Moldova və Ermənistandır.