Bank Of Baku

Sədr müavini: AMB Data və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir

Sədr müavini: AMB Data və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir
# 24 iyun 2025 09:55 (UTC +04:00)

Mərkəzi Bank komandası İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir.

APA-Economics” xəbər verir ki, bunu “Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov deyib.

O bildirib ki, yaxın zamanda AMB yekun məhsulları sektora təqdim etməyi planlayır.

“Bu çərçivələr beynəlxalq standartlar əsasında formalaşır və təşkilatlarda olan proseslərin daha dayanıqlı, təhlükəsiz və effektiv olmasını hədəfləyir”- Vüsal Xəlilov əlavə edib.

O həmçinin əlavə edib ki, cari ilin aprel ayından etibarən yeni Məlumat və Kibertəhlükəsizlik üzrə qaydaların qüvvəyə minməsi sektorun təhlükəsizliyi üçün çox mühüm addım olub. Belə ki, nağdsız ödənişlərdən istifadənin genişlənməsi ilə kiberhücumların və dələduzluqların sayı arasında birbaşa korellasiyası mövcuddur.

“Bu baxımdan kibertəhlükəsizliyə edilən investisiya cari dövrdə olduqca önəmlidir. Hazırda təşkilatlar qaydalara uyğunluğun tam təmin edilməsi üçün yol xəritələrini Mərkəzi Bankla razılaşdırır və tənzimləyici qurum olaraq biz bu sahədə təşkilatların gördüyü işi yüksək qiymətləndiririk”- Vüsal Xəlilov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR