Serbiya hazırda çoxsaylı investorlarla danışıqlar aparır, ölkə iqtisadiyyatına müzakirə edilən investisiyaların ümumi məbləği 7,3 mlrd. avro təşkil edir.
"APA-Economics"in məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç özünün "Instagram" səhifəsində yazıb.
"Biz 92 investorla danışıqlar aparırıq. Bu investisiyaların ümumi həcmi 7,3 milyard avro təşkil edir ki, bu da 35 mindən çox yeni iş yeri deməkdir. Eyni zamanda, biz yerli investorlarımızı gücləndirməliyik. Bu, bizə regionda böyük üstünlük verən gücümüzdür", - Vuçiç yazıb.
Daha əvvəl Prezident bildirib ki, 2021-ci ildə Serbiya iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi rekord həddə – 3,9 mlrd. avroya çatıb. Onun sözlərinə görə, 2021-ci ildə ölkə iqtisadiyyatı 7,5% böyüyüb, ÜDM-in həcmi 53 mlrd. avro təşkil edib. Serbiya ötən il 12 ton qızıl alıb, qızıl ehtiyatlarının ümumi həcmi 37,3 tona çatıb, bu da ölkə üçün rekord göstəricidir.