Bank Of Baku

Sığorta bazarının həcmi ötən il 1,2 mlrd. manatı ötüb

Sığorta bazarının həcmi ötən il 1,2 mlrd. manatı ötüb
# 16 yanvar 2024 18:01 (UTC +04:00)

2023-cü ildə Azərbaycanda sığorta yığımları 1 mlrd. 223 milyon manata çatıb.

"APA-Economics" xəbər verir ki, bu 2022-ci illə müqayisədə 26% və ya 253 milyon manat çoxdur. Belə ki, 2022-ci ildə sığorta yığımlarının həcmi 970,8 milyon manat təşkil edib.

Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 35,5% və ya 154 milyon manat artaraq 587 milyon manata yüksəlib. 2022-ci ildə bu rəqəm 433,2 milyon manat olub.

Ötən il sığorta bazarının zərərliyi nisbətən artıb. Belə ki, 2022-ci ildə sığortaçılar topladıqları hər 100 manatın 44,6 manatını ödənişə yönləndirmişdilərsə, 2023-cü ildə bu rəqəm 47,9 manata kimi artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR