Bank Of Baku

Sığortada qanunvericiliyi təkmilləşdirilmək üçün məsləhətləşmələr aparılacaq 

Sığortada qanunvericiliyi təkmilləşdirilmək üçün məsləhətləşmələr aparılacaq 
# 14 iyun 2022 21:11 (UTC +04:00)

Sığorta bazarının iştirakçıları ilə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi önəmilidir.

APA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, requlyatorla bazar iştirakçıları arasında birgə əməkdaşlığın daha da dərinləşdirilməsi, bu məqsədlə sığorta bazarının iştirakçıları ilə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi önəmlidir.

“Sığorta sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və bu kimi digər maraq doğuran sahələrdə görülməkdə olan işlər, qeyd edilən istiqamətlərdə veriləcək qərarlardan öncə bazar iştirakçıları ilə birgə məsləhətləşmələr və bu məqsədlə mütəmadi görüşlər keçiriləcək”, - deyə Taleh Kazımov bildirib.

Sığorta sektorunun son illərdəki yüksək artım templərini vurğulayan T.Kazımov eyni zamanda ölkəmizin gələcək inkişaf prioritetləri və qarşıya qoyulan hədəflər fonunda bazar iştirakçılarının öz növbəsində kadr potensialının gücləndirilməsinə, sığorta şirkətlərinin informasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə, institutsional inkişafa investisiya qoyulmasının əhəmiyyətini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR