Bank Of Baku

Son bir ayda bank kartlarının sayı 270 mindən çox artıb

Son bir ayda bank kartlarının sayı 270 mindən çox artıb
# 23 noyabr 2023 14:50 (UTC +04:00)

2023-cü ilin noyabr ayının 1-nə Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir k, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artıb.

Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 22.1% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2.2 mln. ədəd artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR