Bank Of Baku

"S&P" Azərbaycan Biznesinin İnkişafı Fondunun maliyyə vəziyyətini qiymətləndirib

"S&P" Azərbaycan Biznesinin İnkişafı Fondunun maliyyə vəziyyətini qiymətləndirib
# 26 avqust 2026 09:50 (UTC +04:00)

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) kredit reytinqləri üzrə illik baxışını keçirib.

"APA-Economics" xəbər verir ki, illik baxış sənədində Fondun mövcud uzunmüddətli kredit reytinqi “BB”, reytinq üzrə proqnozu “Sabit”, qısamüddətli reytinqi isə “B” olaraq göstərilib.

"S&P" vurğulayıb ki, bu açıqlama yeni reytinq qərarı deyil. Agentlik illik baxış çərçivəsində Fondun son maliyyə göstəricilərini, fəaliyyət nəticələrini və bazardakı dəyişiklikləri nəzərdən keçirib.

Qiymətləndirməyə əsasən, Fondun ən güclü tərəfi kapital və gəlirlilik göstəriciləridir. "S&P" bu istiqaməti “çox güclü” qiymətləndirib və bunun Fondun kredit profilinə iki pillə müsbət təsir etdiyini bildirib.

Fondun biznes mövqeyi və risk mövqeyi “adekvat” qiymətləndirilib. Maliyyələşmə imkanları və likvidlik də “adekvat” səviyyədə göstərilib. Bu göstəricilər reytinqə əlavə müsbət və ya mənfi təsir etməyib.

Qeyd edək ki, “BB” reytinqi investisiya səviyyəsindən aşağı hesab olunur. "S&P" şkalasında investisiya səviyyəsi “BBB-” reytinqindən başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR