Bank Of Baku

S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb

S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
# 07 dekabr 2024 09:03 (UTC +04:00)

"S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi bu il Azərbaycanda orta illik inflyasiya proqnozunu 3%-dən 2%-ə endirib.

APA-Economics” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

Agentlik 2025-ci il üzrə Azərbaycanda 4%, 2026-2027-ci illər üçün orta illik inflyasiya gözləntilərini 3% müəyyən edib. Başqa sözlə, S&P bu il üzrə proqnozunu 1% bəndi azaldıb, 2025-ci il üzrə 1% bəndi artırıb, 2026-2027-ci illər üzrə proqnozunu dəyişməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR