“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzun və qısa müddətli xarici və yerli valyutada suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib və ölkə üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib.
“APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyindən bildirilib.
Bununla belə vurğulanıb ki, daha sonra reytinqlər emitentin – Azərbaycan hökumətinin – müraciəti əsasında geri götürülüb.
Agentliyin məlumatına əsasən, proqnozun yaxşılaşdırılması Azərbaycan ilə Ermənistan arasında gərginliyin azalması, davamlı de-eskalasiya, sülh razılaşmasına doğru irəliləyiş və hər iki ölkədə 2026-cı il büdcəsində müdafiə xərclərinin azaldılması ilə bağlı gözləntiləri əks etdirib. S&P qeyd edir ki, bu amillər münaqişə risklərini azaldır və davamlı olduğu halda investor etimadını artıraraq orta müddətli iqtisadi artımı dəstəkləyə bilər.
S&P həmçinin Azərbaycanın güclü fiskal və xarici mövqeyinin qorunduğunu vurğulayıb. Dövlət Neft Fondu (SOFAZ) tərəfindən idarə olunan böyük aktivlər, davamlı xalis hökumət aktiv mövqeyi və aşağı dövlət borcu ölkəyə “əlamətdar şok-uduculuq qabiliyyəti” verir və makroiqtisadi sabitliyi təmin edir.
Agentlik Azərbaycanın sülh prosesində irəliləyiş əldə etdiyini, xüsusən də 2025-ci il avqustun 8-də ABŞ vasitəçiliyi ilə imzalanmış birgə bəyanatın əhəmiyyətini qeyd edib. Bu sənəd qarşılıqlı tanınma, ərazi iddialarından imtina, sərhədlərin delimitasiyası və regional nəqliyyat yollarının açılmasını nəzərdə tutur. S&P bildirir ki, noyabr ayında Qazaxıstandan gələn təxminən 1 000 ton buğda daşıyan qatarın Azərbaycan vasitəsilə Ermənistana 30 ildən sonra ilk dəfə keçməsi regional iqtisadi normallaşmanın real göstəricisidir.
Agentliyin qiymətləndirməsinə görə, əgər Azərbaycanın fiskal göstəriciləri zəifləsə və ya enerji gəlirləri neft hasilatının sürətlə azalması səbəbindən kəskin düşsə, proqnoz yenidən “sabit”ə endirilə bilərdi. Əksinə, güclü fiskal və xarici profisitlərin qorunması və Ermənistanla normallaşmanın davamlı şəkildə irəliləməsi reytinqin artırılmasına səbəb ola bilərdi.
"S&P Global Ratings" Azərbaycanın reytinqi üzrə proqnozunu “müsbət”ə yüksəldib
Maliyyə
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib - EKSKLÜZİV
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar?
AMB: BOKT-lar ən azı iki ildən bir kibertəhlükəsizlik auditindən keçməlidir
Hüseyn Hüseynov: Qarşıdakı dövrdə Azərbaycanın əsas prioritetlərindən biri iqlim hədəflərinə nail olmaq olacaq
Xəbər Lenti
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
Tramp Hörmüz boğazını öz şərəfinə adlandırmağı təklif edib
KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
Pentaqon Ukraynada “Starshield” sistemindəki nasazlıqlarla bağlı araşdırma aparmaqdan imtina edib
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
Rodriqes İngiltərədən Venesuelaya aid qızıl ehtiyatlarını qaytarmağı tələb edib
Alman kəşfiyyatı “Google Cloud”dan istifadə edəcək
Tramp: ABŞ İrana dərman preparatları göndərməyi təklif edib
Vens Avropa ölkələrini ABŞ-ın innovasiyalarından faydalanmaqda ittiham edib
ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib
Vens İranla danışıqları bərpa etmək üçün İran rəsmisinə məktub göndərib
Vasitəçilər İran və ABŞ-a noyabrın 4-dək görüş keçirməyi təklif ediblər
ABŞ kəşfiyyatı Ukraynaya mümkün kütləvi raket hücumu barədə xəbərdarlıq edib
BŞTİ: Məktəbdə baş vermiş insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
Kəlbəcərdə ağır qəza olub, ölən və xəsarət alan var
Ərdoğan Trampla regional və qlobal prosesləri müzakirə edib
İstanbulda çirkli pulların yuyulması ilə bağlı daha 10 nəfər axtarışa verilib
İspaniyada Madrid–Əndəlüs marşrutu üzrə qatar biletlərinin satışı dayandırılıb
Prezident İlham Əliyev İspaniyada baş verən qatar qəzası ilə bağlı başsağlığı verib
Hindistanın “Arnab” siklonu səbəbilə 180 min nəfər təxliyə edilib, 7 nəfər ölüb
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - VİDEO
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
Əraqçi: Diplomatiyaya şans vermək üçün vasitəçilərlə sıx və davamlı əlaqələri davam etdirəcəyik
Xankəndidə MDB ölkələrinin antiinhisar qanunvericiliyinin pozulması üzrə birgə araşdırmalar qərargahının iclası keçirilib
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana gətirilib
Şəmkir sakini qonşusunu qətlə yetirib
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdəki hücumlarla bağlı xəbərdarlıq edib
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Almaniyada Rusiyanın tapşırığı ilə təxribat hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Peskov: Rusiya və Ukraynanın qarşılıqlı təhlükəsizlik təminatları Əbu-Dabi danışıqlarında müzakirə olunacaq
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB-1 - FOTO
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib - VİDEO
Zelenski: ABŞ-a Rusiya dizeli daşıyan tankerlər hücum hədəfi olmayacaq
Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var
Niderland Ukraynaya üç il ərzində 1,2 mlrd. avro yardım ayıracaq
Sahibə Qafarova İƏT Baş katibi ilə görüşüb
İspaniyada sürət qatarlarının toqquşması nəticəsində azı 68 nəfər ölüb, üç günlük matəm elan olunub - YENİLƏNİB-3 - VİDEO
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib - FOTO
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
İranın 11 vilayətinin qaz təchizatında problem yarana bilər
Bakıda sıxlıq olan yollar açıqlanıb
Uşakov: Avropa ölkələri Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda iştirak etməyəcək