Bank Of Baku

Tahir Mirkişili: İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır

Tahir Mirkişili, Milli Məclisin deputatı

© APA | Tahir Mirkişili, Milli Məclisin deputatı

# 12 iyun 2026 13:13 (UTC +04:00)

İqtisadi siyasətdə yüksək artım tempi heç də hər zaman inkişaf göstəricisi sayılmır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.
Deputat bildirib ki, mühüm məqamlardan biri qeyri-neft-qaz sektorundan büdcəyə daxilolmaların həcminin artmasıdır: “Təqdim edlmiş sənədlərdə keçən il ÜDM-in artım tempinin 1.4%, qeyri-neft-qaz ÜDM-in artım tempinin isə 2.7% təşkil etməsi göstərilib. Anoloji göstəricilər 2024-cü ildə 4.1% və 6.2% təşkil edib. İqtisadi siyasətdə yüksək artım tempi heç də hər zaman inkişaf göstəricisi sayılmır. Eyni zamanda, aşağı artım tempi də hər zaman zəif inkişaf demək deyildir. ÜDM-in aşağı artım tempi ilə də daha keyfiyyətli inkişafa nail olmaq mümkündür, burda əsas əsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir. Məsələn, əgər iqtisadiyyat ildə 1% artır, amma məhsuldarlıq yüksəlir, texnologiya tətbiq olunur, ixrac şaxələnir, gəlirlər artırsa – bu sağlam inkişaf sayılır və kredit köpüyü və ya re-eksport hesabanı əldə edilən illik 6-7% iqtisadi artımdan daha yaxşı sayılır. Diqqət çəkən əsas məsələ ölkəmizdəki iqtisadi artım templərinin dalğalı olmasıdır. Xüsusilə də, qeyri-neft-qaz sektorunda formalaşan ÜDM-in artım tempinin dalğalı olması bu məsələnin daha dərindən təhlilinə və onların səbəblərinin neytrallaşmasına daha çox diqqət yetirilməsinə ehtiyac yaradır. Biz daha çox xidmət sektorunun hesabına böyüyürük, lakin məhsuldarlıq və yeni dəyər yaradan sahələrdə inkişaf tempinin sabit artımına nail olmağa ehtiyac var. Biz xüsusi nümayəndəlik institutunun sərbəst gəlir mənbələrinin formalaşması üçün qanunvericilik aktlarında müəyyən hüquqi əsasların formalaşmasına da çalışmalıyıq. Bu yerli institutların daha çevik və daha effektiv olmasına şərait yarada bilər, dövlət büdcəsinin xərclərini azalda bilər. Müasir təcrübədə də xeyli belə nümunələr var, Məsələn, bir çox ölkələrdə hotellərdə ödənilən “city tax”, resursların istismarı və digər məsələr ilə bağlı ödənişlərin bir hissəsi yerli büdcələrə yönəldilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR