Bank Of Baku

“TBC Kredit” BOKT-un istiqrazlarına cəmi dörd investor maraq göstərib

“TBC Kredit” BOKT-un istiqrazlarına cəmi dörd investor maraq göstərib
# 14 iyul 2022 16:40 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) “TBC Kredit” BOKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, hərrac zamanı cəmi 4 investor tərəfindən 4 sifariş təqdim edilib. İstiqrazın hərrac qiyməti 1000 manat müəyyən edilib.

Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği bir milyon manat, ödəmə tarixi isə 14.07.2024-cü ildir. Yerləşdirmə üzrə anderrayter isə “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR