Təhsil xərcləri 8,7 faiz artırılır

Təhsil xərcləri 8,7 faiz artırılır
# 17 sentyabr 2024 21:17 (UTC +04:00)

Gələn il dövlət büdcəsində təhsil xərclərinə 4,945.8 milyon manat ayrılması proqnozlaşdırılır.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb.

Təhsil xərclərinin büdcədə xüsusi çəkisi 12,5 faiz olacaq.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 milyard 550 milyon 334 min 684 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə təhsil xərcləri 8,7 faiz artırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR