Türkiyə Mərkəzi Bankı (TMB) uçot dərəcəsini 14%-də sabit saxlayıb.
"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, bankın Pul Siyasəti Komitəsi bir həftəlik repo hərrac faizini 14% səviyyəsində saxlamağa qərar verib.
"COVID-19 pandemiyasının dəyişkən dinamikası və artan geosiyasi risklər qlobal iqtisadi fəaliyyət üzrə aşağı yönlü riskləri özündə saxlayır və qeyri-müəyyənliklərin artmasına səbəb olur", - bankın məlumatında bildirilir.
TMB qeyd edib ki, qlobal tələbatın bərpası, əmtəə qiymətlərinin yüksək səviyyəsi, bəzi sektorlarda, xüsusilə enerji bazarında təklif məhdudiyyətləri, nəqliyyat xərclərinin yüksək səviyyəsi beynəlxalq miqyasda istehsalçı və istehlakçı qiymətlərinin artmasına səbəb olur.