Bank Of Baku

Türkiyədə inflyasiya 49%-dək sürətlənib

Türkiyədə inflyasiya 49%-dək sürətlənib
# 03 fevral 2022 14:12 (UTC +04:00)

Bu ilin yanvar ayında Türkiyədə istehlak qiymətləri ötən ilin yanvar ayı ilə müqayisədə 48,69% artıb.

"APA-Economics"in Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən verdiyi məlumata görə, ölkədə aylıq inflyasiya 11,1%, son 12 ayın orta inflyasiyası isə 22,58% təşkil edib.

Ən aşağı illik qiymət artımı (10,76%) rabitə xidmətlərində olub. Qida və alkoqolsuz içkilərdə 55,61%-lik, nəqliyyat xidmətlərində 68,89%-lik, mebel və məişət avadanlıqlarında 54,53%-lik, təhsil sektorunda 18,67%-lik, geyim və ayaqqabıda 25,32%-lik, səhiyyədə isə 28,63%-lik illik bahalaşma qeydə alınıb.

Qeyd edək ki, yanvarda Türkiyədə illik inflyasiya 2002-ci ilin aprel ayında bəri ən yüksək səviyyəyə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR