Ukraynanın ÜDM-i bu il 30%-50% aralığında azala bilər.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin maliyyə naziri Serhiy Marçenko bu gün öz çıxışında deyib.
Qeyd edək ki, Dünya Bankının yenilənmiş regional hesabatında bu il Ukrayna iqtisadiyyatının real ifadədə 45% azalacağını proqnozlaşdırır. Dünya Bankına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və ölkədə apardığı müharibə fonunda, iqtisadi tənəzzülün dəqiq miqyası müharibənin müddətindən və intensivliyindən asılı olacaq.
Xatırladaq ki, Ukraynada bu il yoxsulluğun 1,8%-dən 19,8%-ə qədər yüksələ biləcəyinə dair proqnozlar da var.