Bank Of Baku

"Unibank" rəhbərliyi səhm payını artırıb

"Unibank" rəhbərliyi səhm payını artırıb
# 08 sentyabr 2022 14:32 (UTC +04:00)

“Unibank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov və İdarə Heyətinin sədri Faiq Hüseynov bankda yeni emissiya edilən səhmlər alıblar.

"APA-Economics" xəbər verir ki, Müşahidə Şurasının sədri Eldar Qəribov 3 792 950 ədəd və İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”da 12 237 ədəd adi, sənədsiz adlı səhm alıblar.

Bu əqdin bağlanmasından sonra Eldar Qəribovun bankdakı ümumi səhmlərinin sayı 45 447 313 ədəd (86.6960%) Faiq Hüseynovun cəmi səhmlərinin sayı 146 631 ədəd ( 0.2797 %) təşkil edəcək.

Onlarla bərabər Müşahidə Şurasının sədr müavini Emin Quliyev də bankda 15 716 ədəd yeni səhm alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR