Bank Of Baku

"Unibank" xalis mənfəətini kəskin artırıb

"Unibank" xalis mənfəətini kəskin artırıb
# 01 noyabr 2019 17:00 (UTC +04:00)

"Unibank" ASC bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, ötən ilin doqquz ayını 34 110 min manat xalis mənfəətlə başa vuran "Unibank" cari ilin yanvar-sentyabr aylarında bu göstəricidə 2 dəfəyə yaxın artıma nail olub.

Bu ilin yanvar-sentyabr aylarında "Unibank"ın cəmi aktivləri 787 711 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% çoxdur.

Hesabat dövründə bankın cəmi öhdəlikləri əvvəlki ilin analoji dövrünə nisbətən 13,7% çoxalaraq 664 940 min manat təşkil edib.

Əlavə olaraq, bank öz kredit portfelini 2018-ci ilin sentyabrın 30-na olan göstərici ilə müqayisədə bu il 6,6% artıraraq 425 114 min manata yüksəldib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR