Bank Of Baku

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub
# 16 iyun 2023 17:46 (UTC +04:00)

“Unibank KB” ASC-nin törəmə şirkəti olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub.

APA-Economics” xəbər verir ki, Tahir Qəribov “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. İndiyədək İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri olan Faiq Hüseynov isə iş yükünün çoxluğu ilə əlaqədar olaraq, bundan sonra “Unicapital” MŞ-nın üzvü kimi fəaliyyətini davam etdirəcək.

Müşahidə Şurasının digər üzvü olan Heybət Qədirov da öz istəyi ilə üzvlükdən azad edilib.

Hazırda “Unicapital İ.Ş” ASC-nin Müşahidə Şurasının tərkibi aşağıdakı şəxslərdən təşkil olunub:

Tahir Qəribov- Müşahidə Şurasının sədri

Faiq Hüseynov- Müşahidə Şurasının üzvü

Emin Rəsulzadə - Müşahidə Şurasının üzvü

Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin hazırkı Baş Direktoru Vüqar Namazovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR