Bank Of Baku

Valyuta hərracında bankların dollara tələbi azalıb

Valyuta hərracında bankların dollara tələbi azalıb
# 13 iyul 2022 12:57 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 31,6 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 18,9% azalıb. Qeyd edək ki, bundan əvvəlki hərracda banklar 39 mln. dollar cəlb etmişdi.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR