Bank Of Baku

Vəzifəli şəxslər maliyyə məlumatlarını elektron formada təqdim edəcək

Vəzifəli şəxslər maliyyə məlumatlarını elektron formada təqdim edəcək
# 04 aprel 2022 17:20 (UTC +04:00)

Azərbaycanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili və qanunsuz varlanmaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər görüləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə birgə 2022-2026-cı illər ərzində maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsini təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR