Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Visa" beynəlxalq kart təşkilatının Mərkəzi Avropa,Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüş keçirib.
"APA-Economics" xəbər verir ki, Taleh Kazımov bu barədə özünün "Twitter" hesabında bildirib.
"Görüşdə iki qurum arasında əməkdaşlığın cari vəziyyəti, nağdsız cəmiyyət, fintex, rəqəmsal valyuta, "Ağıllı kənd" layihəsinə dəstək məsələlərini müzakirə etdik",- deyə AMB sədri əlavə edib.