"Visa"nın baş direktoru: Son 5 ildə təhlükəsizlik tədbirlərinə 10 mlrd. dollar yatırmışıq

"Visa"nın baş direktoru: Son 5 ildə təhlükəsizlik tədbirlərinə 10 mlrd. dollar yatırmışıq
# 29 noyabr 2023 15:52 (UTC +04:00)

"Visa son 5 ildə təhlükəsizliklə bağlı tədbirlərə 10 milyard dollar sərmayə yatırıb".

APA-Economics” xəbər verir ki, bunu "Visa"nın baş direktoru və Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev deyib.

"Əsas məqsəd odur ki, son istehlakçı ümumiyyətlə dələduzluq ehtimalı və cəhdi olduğu haqqında məlumatlı olmasın. Ona görə də kibertəhlükəsizliklə bağlı sərmayələr artmaqda davam edir və əsasən süni intelekt kimi yeniliklərə yönəlib.

“Visa”nın Mərkəzi Bankın dəstəyi ilə Azərbaycanda həyata keçirdiyi yeniliklərdən biri tokenizasiya ilə ödəniş üsuludur. Bu isə ən qabaqcıl və ən təhlükəsiz ödəniş üsuludur” - Nurlan Hacıyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR