Vyetnamın valyuta ehtiyatları rekord həddə – 110 mlrd. ABŞ dollarına çatıb.
"APA-Ecoinomics" xəbər verir ki, bu barədə "Zan Chi" qəzeti Vyetnam Dövlət Bankının bəyanatına istinadən yazır.
Tənzimləyicinin məlumatına görə, 2015-ci ildən bəri ölkənin maliyyə ehtiyatları dörd dəfə artıb. Eyni zamanda, maliyyə ekspertləri hesab edirlər ki, qlobal böhranlar nəticəsində mümkün iqtisadi sarsıntıların qarşısını almaq üçün respublika valyuta ehtiyatlarını artırmağa davam etməlidir.
İqtisadçı Kan Van Lukun fikrincə, son dörd ildə Vyetnam valyuta ehtiyatlarında yaxşı artıma nail ola bilib. Məhz bunun sayəsində ölkə hazırda, xüsusən də milli valyutasının – donqun ucuzlaşa biləcəyi hazırkı qlobal qeyri-sabitlik dövründə sabit məzənnəni qoruyub saxlaya bilir.