Bank Of Baku

"Xalq Həyat" sığorta şirkətinə yeni sədr təyin edilib

"Xalq Həyat" sığorta şirkətinə yeni sədr təyin edilib
# 19 iyun 2023 11:21 (UTC +04:00)

"Xalq Həyat" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

"APA-Economics"in sığorta şirkətindən əldə etdiyi məlumata görə, İH-nin sədri vəzifəsini müvəqqəti icra edən sədr müavini İsmayıl Əliyev sığorta şirkətinin yeni sədri seçilib.

Bundan əlavə, şirkətin maliyyə departamentinin direktoru Əfqan Osmanov İH-nə müvəqqəti üzv seçilib. Bununla da "Xalq Həyat"ın İH-nin tərkibi idarə heyətinin üzvü Aynurə Quliyeva ilə birlikdə üç nəfərdən ibarət olub.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" isə 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta"ya məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR