Bank Of Baku

“Xalq Həyat Sığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilib

“Xalq Həyat Sığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilib
# 02 aprel 2025 15:50 (UTC +04:00)

“Xalq Həyat Sığorta” şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu barədə "APA-Economics" sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, bu vəzifəyə Orxan Əfəndiyev təyin edilib.

Qeyd edək ki, O.Əfəndiyev maliyyə sahəsində, o cümlədən sığorta sektorunda 17 illik iş təcrübəsinə malikdir. İlk peşəkar iş fəaliyyətinə 2008-ci ildə “A-Group” sığorta şirkətində aktuar kimi başlayan O.Əfəndiyev daha sonra fəaliyyətini “Azərbaycan Sənaye Sığorta” şirkətində məsul aktuar kimi davam etdirib. Bundan sonra “Günay Sığorta” və “A-Group” sığorta şirkətlərinin İdarə Heyətinin sədr müavini olub, 2019-2024-cü illərdə isə “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR