Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin ölkədə xeyli ppulyarlıq qazanmış «Bolkart» kredit kartlarının istifadəçilərinin ümumi sayı 100 minə çatıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 100 000-ci «Bolkart»ın sahibi Firuzə Ələkbərova olub.
Əlamətdar say münasibətilə F.Ələkbərovaya hədiyyə qismində «Samsung S4» smartfonu təqdim edilib. Hədiyyənin təqdim edilməsi mərasimində 100 000-ci «Bolkart»ın sahibi kartı gündəlik ehtiyacları üçün aldığını etiraf edib: «Bolkart»la hər hansı malı alıb, haqqını bərabər hissələrlə aylar ərzində ödəmək, həm də kampaniyalar zamanı kartdan pul çıxarmaq olur. Bu gün bu üstünlüklər sıravi insanlar üçün son dərəcədə faydalıdır».
Qeyd edək ki, 2011-ci ilin sonu kütləvi dövriyyəyə buraxılan «Bolkart» ötən müddət ərzində böyük populyarlıq qazanıb və bu gün artıq 100 min insan ondan gündəlik istifadə edir. Bildirilir ki, 100 000-ci «Bolkart»ın verilməsi münasibətilə «Bank of Baku»nun sədr müavini Abbas İbrahimov bu rəqəmin Azərbaycan ödəniş kartları tarixində önəmli bir göstərici olduğunu qeyd edib: «İstehlakçıların «Bolkart» kredit kartına böyük maraq göstərməsindən son dərəcədə məmnunuq. Bu, bizim üçün həm qürur mənbəyi, həm də ciddi bir məsuliyyətdir. Bunu nəzərə alaraq, «Bolkart» sahiblərinin kartdan istifadə imkanlarını genişləndirmək, eyni zamanda alış-verişlərini izləmək və nəzarət etmək üçün onlara məsafəli bank xidmətlərini təqdim etmək niyyətindəyik».
Xatırladaq ki, bu gün «Bolkart»la ölkənin 800-ə yaxın geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. «Bolkart»la hər hansı mal alıb, onun dəyərini bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya ödəmək olar, həmçinin vaxtaşırı nağd pul çıxarmaq da mümkündür.
«Bolkart»ın üstünlükləri ilə 145 nömrəli Məlumat Mərkəzindən və www.facebook.com/Bolkart sosial şəbəkəsində yaxından tanış olmaq mümkündür.