Bakı. Yeganə Laçınzadə - APA-Economics. "AGBank" 2014-cü ildə aktivlərini 10,2% - 514 mln. 887,65 min manata qədər artırıb.
“APA-Economics”in bankın saytında dərc edilən maliyyə hesabatına əsasən verdiyi məlumata görə, bu ilin yanvarın 1-nə bankın kredit portfeli 374 mln. 556,77 min manat təşkil edib ki, bu da hesabat dövründə 12,5% artım deməkdir.
Bundan başqa, cari ilin əvvəlinə bankın öhdəlikləri 415 mln. 816,68 min manata çatıb. Bu göstərici ötən il ərzində 11% artıb.
2014-cü ilin sonuna bankda depozitlər 11,5% artaraq 272 mln. 974,92 min manata, o cümlədən əhalinin əmanətləri 239 mln. 75,64 min manata çatıb.
Cari ilin əvvəlinə bankın məcmu kapitalı 3,7% artaraq 53 mln. 527,61 min manat, nizamnamə kapitalı dəyişməyərək 25 mln. manat təşkil edib.
Bank 2014-cü ili 5 mln. 342,68 min manat məbləğində xalis mənfəətlə başa vurub.