Bakı. APA-Economics. “UniBank”ın “Albalı Plus” kartı sahibləri Albo Kids (15%), Bucuruk (40%), Chicco (30%-dək), ELC(20%), Kids World (20%-dək), Mothercare (20%), Next (20%), Okaidi (20%), Original MARINES (30%), Panda Kids(10%) mağazalarında endirimlərdən faydalana bilər.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, endirim günləri mağazalardan asılı olaraq, 30, 31 may və 1 iyunda olacaq. “İdeal Kids” isə uşaqları “Catimini” və “Kenzo” brendlərinə 70% endirimlərdən yararlanmaq olar. 31 may və 1 iyunda bu mağazalardan uşaq geyimləri alan “Albalı Plus” kart sahiblərinə bank tərəfindən əlavə 3 taksit hədiyyə olunacaq.
“Albalı Plus”la 1 aylıq şoppinq festivalı davam edir.
Ölkənin ən öndə gedən, brend mağazaların yerləşdiyi ticarət mərkəzlərində (28 Mall, MetroPark, Park Bulvar və AuraPark (Gəncə ş.) mayın 15-dən iyunun 15-dək “Albalı Plus”la alış-veriş edin və faizsiz əlavə 1 taksit qazanın. Festival boyu etdiyiniz hər alış-veriş, sizə 10 min manatlıq uduş fondu olan lotereyada iştirak etmək və qalib olmaq şansı qazandıracaq. Hər 10 manatlıq alış-veriş bir şans (seçilmiş TM-lərdə 2 şans) sayılır. “Albalı Plus” şoppinq festivalına qatılan hər kəsi, brend mağazalarından xüsusi hədiyyələr və endirimlər gözləyir. Festival müddəti ərzində -15 iyunadək Qoşul! Fərqlən! Faydalan! platformasına yeni qoşulan “Albalı Plus” kart istifadəçilərinə 200 bal hədiyyə veriləcək.