Bank Of Baku

”Albalı Plus" istifadəçilərinə geniş imkanlar yaradır

”Albalı Plus" istifadəçilərinə geniş imkanlar yaradır
# 05 fevral 2016 12:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA- Economics. Rahat, etibarlı və hər yerdə istifadəsi mümkün olan bir kart arzusundasınızsa, “Unibank”ın "Albalı Plus" debet kartını seçə bilərsiniz. "Albalı Plus" debet kartını həm manat, həm də dollar valyutasında sifariş etmək mümkündür. 

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Unibank”ın “Albalı Plus” debet kartı istifadəçilərinə daha rahat və daha təhlükəsiz ödəniş etməklə yanaşı, vəsaitlərinin üzərinə əlavə 6%-dək gəlir qazanmaq imkanı yaradır.

 

"Albalı Plus" debet kart sahiblərinə daha hansı imkanlar verir?

 

Pulsuz nağdlaşdırma: "Albalı Plus" debet kartına sahib olmaq çox-çox sərfəlidir. Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini “Unibank” bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. Çünki "Albalı Plus" debet kartı üzrə nağdlaşdırma komissiyası 0% təşkil edir.

 

Unikal depozit imkanı: “Albalı Plus” debet kartına sahib olan hər kəs kartın sərfəli debet imkanlarından istifadə ilə yanaşı, həm də illik əlverişli gəlir əldə edə biləcək. Çünki bu kart, istifadəçilərinə geniş depozit imkanları təqdim edir. Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. Kartda öz vəsaiti saxlayan müştərilər reytinqindən və vəsaitin valyutasından asılı olaraq, illik 6%-dək gəlir əldə edə bilərlər.

 

Hər iki beynəlxalq ödəniş sisteminə malikdir: “Albalı Plus” debet kartını sahib olmaq istəyənlər artıq rahat şəkildə kartlarının hansı beynəlxalq ödəniş sisteminə aid olmasını özləri seçə biləcəklər. Beynəlxalq statusa malik olan “Albalı Plus” debet kartını həm “Visa”, həm də “MasterCard” ödəniş sistemində sifariş etmək mümkündür.

 

“Albalı Plus” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa

ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən “Unibank” filialına müraciət edə bilərsiniz. 

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR