Bank Of Baku

“Atəşgah” uşaqlar üçün aksiya keçirib

“Atəşgah” uşaqlar üçün aksiya keçirib
# 03 iyun 2014 06:44 (UTC +04:00)

Bakı – APA-Economics. “Atəşgah” sığorta şirkəti korporativ sosial məsuliyyət layihəsi çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkətin baş ofisində bayram tədbiri keçirilib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Xətai rayonu ərazisində yerləşən 3 saylı uşaq evinin sakinləri və eləcə də şirkət əməkdaşlarının uşaqları iştirak edib. 100-ə yaxın uşaq üçün əyləncəli proqram tərtib olunub.

 

Proqrama animatorların iştirakı ilə sabun şousu, müxtəlif oyunlar və rəqs qrupunun çıxışı da daxil edilib. Tədbirin sonunda uşaq evinin sakinlərinə hədiyyələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR