Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü il ərzində “AXA Mbask” sığorta şirkətinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları 9 mln. 246,939 min manat təşkil edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu rəqəm 2013-cü ilin göstəricisindən 19,9% çoxdur.
“AXA Mbask” hesabat dövründə adıçəkilən sığorta növü üzrə 4 mln. 98,909 min manat ödəniş həyata keçirib. Bu göstərici 2013-cü ilin göstəricisindən 7,3% çoxdur.
Ümumilikdə, 2014-cü il ərzində şirkətin ödənişlərinin 38,3%-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödəmələrin payına düşüb.