Bank Of Baku

“Azər-Türk Bank” “AzeriCard” prosessinq mərkəzinə qoşulur

“Azər-Türk Bank” “AzeriCard” prosessinq mərkəzinə qoşulur
# 07 dekabr 2015 09:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Azər-Türk Bank” dekabrın 8-dən “AzeriCard” prosessinq mərkəzinə qoşulacaq.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycanda “MasterCard”, “Visa”, “American Express”, “Diners Club” və “UnionPay” beynəlxalq ödəmə sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzi olan “AzeriCard”a keçid bankın müştərilərinə “MasterCard” şirkətinin ödəmə kartları vasitəsilə bankın bir sıra xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz şəkildə istifadə imkanı yaradacaq.

 

Bunlar, əsasən, “Card to Card Transfer”, “Сash In”, “Cash To Any Card”, “POS Credit”, “SMS Bildiriş”, “PIN Change”, “Internet Banking”, “MobilBank”, müxtəlif onlayn ödəmə xidmətləridir. Qeyd edək ki, “Azər Türk Bank”ın ödəniş kartları “3D Secure” təhlükəsizlik sistemi ilə təmin edilib.

 

Bu yeniliyin bir müsbət cəhəti də bundan ibarətdir ki, indi “Azər Türk Bank”ın kart sahibləri ölkədə ən böyük bankomat şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankının bankomatlarından istifadə edə bilərlər. Bu zaman tətbiq olunan tariflər “Azər Türk Bank”ın öz bankomatlarındakı tariflərlə eyni olacaq.

 

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatlarıwww.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli məlumat mərkəzindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR