Bakı. Pərviz Nuriyev-APA-Economics. “Azər-Türk Bank” Azərbaycan Mərkəzi Bankı, digər bankların və “Finca Azerbaijan”ın işçilərinə illik 15%-dən başlayaraq 36 müddətinə 50 min manat qədər “Həmkarım” kreditini təklif edib.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu şərtlərdən bank sektorunun əməkdaşları daim yararlana bilər.
Bundan başqa bank illik 10%-dən başlayaraq daxili ipoteka krediti, illik 14%-dən başlayaraq avtomobil krediti, illik 16%-dən başlayaraq refinans krediti (digər banklarda olan kreditləri bağlamaq üçün), illik 18%-dən başlayaraq ailə krediti, istehlak və turizm kreditlərini təklif edir.
Bank həmçinin 1 mln. manata qədər sərfəli faizlərlə biznes kreditləri təklif edir.