Bakı. Vahab Rzayev – APA-Economics. “Azərbaycan Sənaye Bankı” (ASB) səhmdarlarının ümumi yığıncağı keçirilib. Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, toplantıda bankın məcmu kapitalının 2014-cü ilə qədər minimum 50 mln. manat məbləğinədək artırılması planı təsdiq edilib.
Məlumat üçün qeyd edək ki, may ayına olan məlumata əsasən, bankın məcmu kapitalı 33,1 mln. manat təşkil edir.