Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AzərEnerji” ASC ötən il aktivlərini artırıb.
“APA-Economics” şirkətin dərc etdiyi hesabata əsasən xəbər verir ki, 2015-ci il yanvarın 1-nə “AzərEnerji”nin məcmu aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,11% artaraq 5 mln. 580 min 058 manat olub.
Hesabat dövründə şirkətin öhdəlikləri 1,54% azalaraq 3 mln. 266 min 137 manat təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 1 mln. 760 min 495 manat, məcmu kapitalı isə 5,1% artaraq 2 mln. 313 min 921 manat təşkil edib.
2014-cü ildə “Azərsığorta”nın cəmi gəlirləri 830 min 705 manat, cəmi xərcləri 849 min 631 manat olub. Şirkət ötən ili 19 min 594 manat xalis mənfəətlə başa vurub.