Bakı. Musa Əhmədov – APA-Economics. Dekabrın 18-dən “Bakı Fond Birjası” QSC-də (BFB) “Bank BTB” ASC-nin adi sənədsiz adlı səhmlərinin alternativ bazar seqmentində yerləşdirilməsinə başlanılır.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, yerləşdiriləcək səhmlərin hər birinin nominal dəyəri 1000 manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.
Yerləşdirmədə anderrayter qismində “Invest-AZ” MMC çıxış edir.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.