Bank Of Baku

“Bank of Baku” “MasterCard” loqolu “Bolkart”ların verilməsinə başlayıb

“Bank of Baku” “MasterCard” loqolu “Bolkart”ların verilməsinə başlayıb
# 18 iyun 2013 13:34 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın “Bank of Baku” ASC “MasterCard” şirkəti ilə ikitərəfli razılaşma çərçivəsində bu gündən “Bolkart” kredit kartını “MasterCard” loqosu ilə müştərilərə təqdim etməyə başlayır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilkin dövrdə “MasterCard” loqolu “Bolkart”ı “Bank of Baku”nun paytaxt Bakıda yerləşən altı filialından - Baş İdarədə yerləşən Müştəri Xidmətləri Departamenti, “Mərkəz”, “28 May”, “Neftçilər”, “Nəsimi” və “Bakıxanov” filiallarından əldə etmək mümkündür. Növbəti mərhələlərdə isə müştərilər kartı bankın bütün filiallarından əldə edə biləcək.

 

“MasterCard” loqolu “Bolkart”ı həm yeni ərizəçilər, həm də artıq kartın aktiv istifadəçisi olan, ödənişləri üzrə gecikməsi olmayan şəxslər “Bolkart” üzrə aktiv borcunu ödəməklə əldə edə bilər.

 

Yenilik sayəsində bundan belə “MasterCard” “Bolkart” sahibləri yalnız Azərbaycanda deyil, həmçinin ölkəmizdən kənarda yerləşən çoxsaylı ticarət mərkəzlərində  alış-veriş edə bilərlər .Kart sahibləri habelə “MasterCard” loqosu olan istənilən onlayn mağazada alış-veriş etmək imkanı əldə etmiş olurlar. “MasterCard” loqolu “Bolkart” xüsusi çiplə təmin edilib və bunun sayəsində POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz və rahat olacaq.

 

Xatırladaq ki, bir qədər öncə “Bolkart-Nar” və “Bolkart-Bakcell” kobrend kartları dövriyyəyə buraxılıb. Bu kartlar da “MasterCard” loqosuna malikdir və sahiblərinə bir sıra üstünlüklər verir.

 

Bu gün artıq 110 mindən çox insan “Bolkart”dan istifadə edir və bu rəqəm Azərbaycanın hissə-hissə ödənişli kredit kartları arasında ən böyük rəqəmdir.

 

Yeni “MasterCard” “Bolkart” barədə daha ətraflı məlumat üçün 145 Məlumat Mərkəzinə zəng etmək və ya www.facebook.com/bolkart səhifəsini ziyarət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR