Bank Of Baku

“Bank of Baku” “virtual kart”ı təqdim edib

“Bank of Baku” “virtual kart”ı təqdim edib
# 23 iyun 2014 15:19 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” internet saytlarda təhlükəsiz alış-veriş üçün yeni xidmət növünü təqdim edib.

 

Bankdan “APA-Economics”ə verən xəbərə görə, əvvəlcədən ödənilmiş virtual  kart, material daşıyıcısı olmayan, lakin VİSA və MasterCard ödəmə sistemlərinin keçərli olduğu internet saytlarında alış-veriş kartıdır.

 

Virtual  kartı əldə etmək üçün banka baş çəkib debet kart almağa və heç bir sənədin doldurulmasına ehtiyac yoxdur.

 

Virtual kartı istənilən vaxt “Bank of Baku”nun ödəniş terminalları vasitəsi ilə əldə oluna bilər. Müştəri sadəcə olaraq mobil telefon nömrəsini və yerləşdirəcəyi məbləği terminalın monitoruna daxil edir.

 

Əvvəlcədən ödənilmiş virtual  kartın müddəti 3 ay, komissiyası 3 manat və maksimal məbləğ 150 manat (komissiya xaric) kimi müəyyən olunub.

 

Əməliyyatın sonunda kart rekvizitlərinin bir hissəsi müştəriyə çekdə təqdim olunur, digər hissəsi  isə müştərinin qeyd etdiyi mobil telefonuna SMS-lə daxil olur.

 

Virtual  kartın sahibi internetdə alış-veriş edərkən çekdə əks olunmuş 16 rəqəmli kodu, SMS-lə daxil olmuş 3 rəqəmli CVV kodu və kartın bitmə tarixini daxil etməlidir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR