Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank of Baku” 2014-cü ildə aktivlərini 12,4% - 748,19 mln. manata qədər artırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvarın 1-nə bankın kredit portfeli 12% artaraq 624,145 mln. manat təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri 13,75% artaraq 601,113 mln. manata çatıb.
Ötən ilin sonuna bankda depozitlər 6,9% artaraq 419,973 mln. manat təşkil edib.
Cari ilin əvvəlinə bankın məcmu kapitalı 7,3% artaraq 147 mln. 79,6 min manata, nizamnamə kapitalı dəyişməyərək 52,87 mln. manata bərabər olub.
Bank ötən ili 79,845 mln. manat xalis mənfəət əldə edib.
“Bank of Baku” 1994-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir.