Bank Of Baku

“Bank of Baku” pərakəndə bank xidmətləri bazarının lideri seçilib

“Bank of Baku” pərakəndə bank xidmətləri bazarının lideri seçilib
# 05 iyun 2014 13:37 (UTC +04:00)

Bakı – APA-Economics. “Bank of Baku” daha bir nüfuzlu mükafata layiq görülüb. Belə ki, iqtisadiyyat və biznes sahəsində “Uğur” milli mükafatı “Bank of Baku”ya təqdim edilib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mükafat “Azərbaycanda pərakəndə bank xidmətləri bazarının lideri. Bolkart - ən uğurlu kredit kartı” nominasiyasında verilib.

 

Mükafatın təqdim edilməsi mərasimində bankın İdarə Heyətinin sədr müavini Abbas İbrahimov bu nailiyyətin arxasında kollektivin zəhmətinin durduğunu qeyd edib: “Bu mükafat hər bir vəzifədə və hər bir səviyyədə çalışan bütün əməkdaşlarımızın böyük uğurudur”.

 

“Uğur” mükafatı “Bank of Baku”ya artıq ikinci dəfə təqdim edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR