Bakı. APA-Economics. Azərbaycanın “Bank of Baku” ölkədə geniş yayılmış bir çox smartfon brendinin rəsmi distrübütoru və idxalçısı olan “Caspian Mobile” ilə birgə Bolkart sahiblərinə tanınmış smartfon modellərini sərfəli şərtlərlə təklif edir. Bankdan “APA-Economics”ə verilən məlumata görə, beləliklə, indi “iPhone 5” ayda cəmi 59 manat, “Sony Experia Z” 54 manat, “HTC One” – 68 manat, “Blackberry Z 10” isə 54 manat ödəməklə əldə etmək olar.
Kampaniya yalnız “Bolkart” şəbəkəsinə aid olan “İntegral Plus”, “NLT Telecom”, “World Telecom” və “Nano Electronics” mağazalar şəbəkəsində keçərlidir. Kampaniya çərçivəsində alınan telefonun dəyərini bərabər hissələrlə 13 ay ərzində ödəmək mümkündür. Smartfonları əldə etmək üçün bu dükanlara mayın 8-dən başlayaq bir ay ərzində müraciət etmək olar.
Xatırladaq ki, 2011-ci ilin sonu kütləvi dövriyyəyə buraxılan “Bolkart”dan bu gün artıq 100 minə yaxın insan gündəlik istifadə edir. “Bolkart”la ölkədə 800-ə yaxın geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. “Bolkart” ilə hər-hansı mal alıb, onun dəyərini bərabər hissələrlə ödəmək olar. “Bolkart”dan habelə vaxtaşırı nağd pul çıxarmaq da mümkündür. Daha ətraflı məlumat : 145 nömrəli Məlumat Mərkəzi və ya http://www.facebook.com/Bolkart .