Bank Of Baku

“Bank of Baku” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirir

“Bank of Baku” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirir
# 30 may 2014 08:31 (UTC +04:00)

Bakı – APA-Economics. “Bank of Baku” korporativ sosial məsuliyyəti çərçivəsində özünün yeni layihəsini təqdim edir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bank Azərbaycanın üç əsas şəhəri - Bakı, Gəncə və Sumqayıtda - “Telefonumuza deyil, uşaqlarımıza daha çox zaman ayıraq” adlı genişmiqyaslı sosial aksiyaya start verir.

 

Aksiyanın ideyası mövcud reallıqdan meydana gəlib. Belə ki, bu gün bir çox valideynlər mobil texnologiya və sosial şəbəkələrə hədsiz dərəcədə çox zaman ayırırlar. Aksiyanın məqsədi - uşaq və valideynlərin birgə vaxt keçirməsi üçün bayram əhval-ruhiyyəsini yaratmaqdır. “Bank of Baku”-nun “Nağıllar Şəhərciyi” uşaqların sadəcə şən vaxt keçirdiyi yer deyil, onların yeni biliklərə yiyələnəcəyi məkan olacaq. Uşaqların aksiyada iştirakı pulsuzdur.

 

Aksiya çərçivəsində şəhərin mərkəzi küçələrində (ünvanlar aşağıda qeyd edilib) saat 15.00-dan 19.00-a kimi müxtəlif əyləncə növləri təşkil ediləcək:

 

- Valehedici sabun köpüyü şousu;

 

- Face art-üzdə rəngləmə;

 

- Lego fiqurları ilə oyunlar;

 

- Kloun, sehrbaz və jonqlyorun çıxışları;

 

- Nağıl qəhrəmanlarının sərgüzəştləri və s.

 

Keçirilmə məkanları:

 

- Bakı, Fəvvarələr meydanı,“Azərbaycan” kinoteatrının ətrafı;

- Gəncə, Xan Bağı;

- Sumqayıt, Nəsimi Parkı, “Göyərçin” heykəlinin ətrafı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR